Astara rayonunun Asxanakaran kənd tam orta məktəbində qəhrəman şəhidimiz Pəncəli Teymurovun anadan olmasının 37-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları Qənirə Paşayeva, Rəşad Mahmudov, Astara Təhsil Şöbəsinin müdiri Q. Məmmədova, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon ərazisində fəaliyyət göstərən orta məktəblərin müəllim kollektivləri iştirak ediblər. Şagirdlər şəhidlərimizə dair şeirlər söyləyiblər. Qəhrəman şəhid Pəncəli Teymurovun məzarını və ev muzeyini tədbir iştirakçıları ziyarət ediblər.
Qeyd edək ki, aprel döyüşlərindəki misilsiz şücaətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə şəhid gizir Pəncəli Nurməmməd oğlu Teymurov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.
Yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə Pəncalı Teymurov “İgidliyə görə” medalı ilə də təltif edilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...