Mayın 3-4-də tarixlərdə Astara şəhər 2 saylı tam orta məktəbin idman zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə məktəbli yeniyetmə oğlanlar arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Tədbirin açılışında çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu, zəngin irsi barədə ətaflı məlumat verib.
Daha sonra çıxış edən Gənclər və İdman İdarəsinin əməkdaşları Elnur Qurbanlı və Əskərov Ələskər yarışın məqsədinin Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin həyata keçirilməsi, rayonda kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, yeniyetmə və gənclərə sağlam həyat tərzinin aşılanması olduğunu bildiriblər.
Yarışda şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı, şəhər 6 saylı, Tüləgüvan, Suparibağ kənd tam orta məktəblərinin komandaları iştirak ediblər.
Maraqlı keçən mübarizələrin sonunda I və II yerə müvafiq olaraq şəhər 2 saylı və şəhər 6 saylı tam orta məktəbin komandaları layiq görülüblər.
Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...