Mayın 10-da xalqımızın Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X Ümumrespublika Kitab bayramı keçirilmişdir.
Kitab bayramı şəhərin Heydər Əliyev parkında təşkil olunub. Bayramda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon ictimaiyyəti, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları və məktəblilər iştirak edib.
Kitab bayramının açılışında kiçik yaşlı məktəblilər bayram iştirakçılarını gül-çiçəklə qarşılayaraq, ulu öndər Heydər Əliyevin adına şeirlər söyləyiblər.
Rayon MKS-in direktoru Tural Eyvazov ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat verib, keçirilən Kitab bayramının çox əhəmiyyətli olduğunu vurğulayıb. O, qeyd edib  ki, bu gün kitabxana sahəsində həyata keçirilən yeni layihələrin nəticəsi olaraq son illərdə kitabxanaya gələn oxucuların sayı xeyli artıb.
Kitab bayramında Astara – doğma diyar”,  “Dahi rəhbərimiz”, “Ümummilli liderin layiqli davamçısı”, “Astara yazarları”, “Alnımım yazısı Vətən”, “Yeni kitablarımız”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dünya xalqlarının nağılları”, “Göydən üç alma düşdü”, “Bizim nağıl dünyamız” və s. mövzularda 1000-dən çox kitab nümayiş olunmuşdur.
Tədbir rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının  və Astara Uşaq Musiqi məktəbinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etmişdir. Konsertdə Kijəbə qəsəbə Körpələr evinin “Qönçələr” rəqs qrupunun hazırladığı müxtəlif ölkə rəqsləri tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Natəvan Mədətzadə
Astarainfo.az