Komitə sədri bildirib ki, istər İslam, istərsə də qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə müdaxilə etmir və din də dövlət siyasətinə müdaxilə etmir: “Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu, bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.
M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir: “Birincisi, qanun buna imkan vermir. Biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideologiyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundankənar hərəkətlərə yol verməməli, bütün tədbirlər məscidlərin içərisində olmalı, kənar atributlar məscidlərə gətirilməməlidir”.(Report)
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...