Ölkəmizin cənub bölgəsinə üç gün yağan intensiv yağışlar Astara rayonunun dağlıq ərazisində yerləşən Miki kəndində torpaq sürüşməsinə səbəb olub.
Astarainfo.az AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, torpaq sürüşməsi nəticəsində torpaq qatı bəzi yerlərdə 2 metrə qədər çöküb. Kənd sakini Meybulla Xalıqovun yaşadığı ikimərtəbəli fərdi yaşayış evi üçün təhlükə yaranıb, onun əkin sahəsinə və meyvə bağlarına ziyan dəyib.
Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib. Əraziyə baxış keçirilib və müvafiq akt tərtib edilib.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin Vaqadi kəndində əhali ilə növbəti görüşünü keçirmişdir. Görüşdə rayonun idarə və...