İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
AZƏRTAC xəbər verir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində 13 nəfər həlak olub, 20 nəfər xəsarət alıb.
Sürücü hadisə yerindən qaçıb, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışlar bağlanıb.
İspaniya polisi hadisənin terror aktı olduğunu bildirib.