21-24 dekabr 2019-cu il tarixlərdə Azərbaycan Döyüş Federasiyaları Assosasiyasının təşkilatçılığı ilə Bakı şəhərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Prezident Kuboku uğrunda Beynəlxalq Döyüş Sənəti Festivalı keçirilib. Festivalda 11 ölkəni təmsil edən 900 nəfərdən çox idmançı mübarizə aparıb.İdmançılar freefightinq, alpaqut,muay-tay,uşu-sanda, İTF-taekvando,S-1 peşəkar liqası,vin-çun,real aykido, kyuksin, ciu-citsu idman növlərində mübarizə aparıblar.
Yarışda Azərbaycan yığma komandasının tərkibində Astaralı idmançılar da iştirak etmiş və sevindirici nəticələr qazanıblar.Budo Döyüş Növləri üzrə məşqçi ,VI dan Qara kəmər ustası Ramiq Rəhmanov, VKC Karate üzrə məşqçi , III dan Qara kəmər ustası Zamin Baxşiyevin rəhbərliyi ilə yarışa hazırlanmış komandamızın 4 nəfər üzvü Free fightinq idman növü üzrə fəxri yerlər qazanmış,onlardan 2 nəfəri fəxri kürsünün ən yüksək pilləsini ucalaraq festivalın çempionu olmuş və yüksək mükafatlara layiq görülüb.
Free fightinq üzrə 18 yaşdan yuxarı idmançılar arasında Zamin Baxşiyev (71kq) I yeri, Şəhriyar Əsgərov (80 kq) I yeri, Şahlar Rzazadə (65kq) III yeri,2008-2009-cu il təvəllüdlü idmançılar arasında Mirzə Əliyev (32kq) II yeri qazanıblar.
Prezident Kuboku uğrunda Beynəlxalq Döyüş Sənəti Festivalındanda qalibi,Astara Gömrük İdarəsinin mühafizəçisi Baxşiyev Zaminin ezamiyyə xərclərinə sponsorluğu idarənin rəhbəri Habil Məmmədov öz üzərinə götürüb.
24 dekabr tarixdə Astara Rayon Gənclər və İdman İdarəsində idarə rəisi Ərçə Əliyevlə idmançılar,onların məşqçiləri və valideynləri ilə görüş keçirilmişdir.Astara RGİİ-nin rəhbərliyi tərəfindən yüksək nəticələr münasibətilə idmançılar,onların məşqçiləri və valideynləri təbrik olunmuş,idmançılara yeni-yeni nailiyyətlər arzulayıb.