Astarainfo.az  həmin bəyənatı təqdim edir

Bəyənatda deyilir:

Ermənistan tərəfindən Azərbaycana qarşı 1990-cı ildən bəri davam etmiş 30 illik işğalçılıq siyasəti nəticəsində qanunla Azərbaycana məxsus olan ərazilərdə ermənilər bitki və heyvanlar aləmini məhv edib, su hövzələrini çirkləndirib, eyni zamanda axar suların qarşısını alaraq ərazidə süni quraqlıq yaratmış, min illik çinar ağacları da daxil olmaqla meşələri amansızcasına qırmışlar. Bunu işğaldan azad edilmiş ərazilərdə aparılan ilkin müşahidələr və videogörüntülərlə işğaldan əvvəlki dövrlə müqayisəli şəkildə açıq-aydın görmək olur.

Hazırda Azərbaycan-Rusya-Ermənistan arasında 10.11.2020-ci il tarixdə imzalanan birgə üçtərəfli bəyənata uyğun olaraq Kəlbəcər, Ağdam və Laçın rayonlarına qeyri-qanuni yerləşdirilən ermənilərin həmin ərazilərdən çıxarılması prosesi həyata keçirilir. Ərazini tərk edən ermənilər öz çirkin və bədbin niyyətlərini davam etdirərək məqsədli şəkildə meşələrə od vurur, çoxillik ağacları qırır, heyvanat aləmini məhv edir və beləliklə həmin ərazilərin ekosisteminə ciddi təhdidlər yaradırlar. Bütün bunlara rəğmən beynəlxalq təşkilatlar işğaldan azad olunmuş Azərbaycan ərazilərində ermənilərin törətdikləri ekoloji cinayətlərin qarşısını almağa cəhd göstərmir və məsələyə biganə yanaşırlar.

Yuxarıda adı çəkilən müvafiq bəyənatla Azərbaycanın işğaldan azad edilmiş ərazilərindən çıxarılan ermənilər tərəfindən törədilən ekoloji terror aktları YUNESKO-nun Ümumdünya mədəni və təbii irsin qorunması haqqında Konvensiya (16 noyabr 1972-ci il), BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiya (Kioto Protokolu, 1992-ci il), BMT-nin Bioloji müxtəliflik haqqında Konvensiya (5 iyun 1992-ci il), “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabani flora növlərinin beynəlxalq ticarəti haqqinda” Konvensiya (Vaşinqton şəhəri, 3 mart 1973-cü il), “Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair Konvensiya (01.02.1999), “Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında” Konvensiya (Cenevrə şəhəri, 13 noyabr 1979-cu il), BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə” Konvensiya (Helsinki şəhəri, 17 mart 1992-ci il), Bitki mühafizəsi haqqında beynəlxalq Konvensiya (Roma, 1951-ci il) və digər qəbul edilmiş Azərbaycan Respublikasının da ratifikasiya etdiyi mühüm beynəlxalq sənədlərin müvafiq maddələrinin pozulmasını təsbit edir.

Bütün bunlar bizi ciddi şəkildə narahat edir və böyük təəssüf hissi keçiririk. Ermənilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərində törətdiyi ekoloji terror aktını qəti şəkildə pisləyir və bu əməlləri törədənlərə qarşı ədalətli beynəlxalq hüquqi qiymətin verilməsini tələb edirik.

Statement of “Shafag” Ecotourism Public Union

on environmental terror committed by Armenians

 

The statement says:

As a result of Armenia’s 30-year occupation policy against Azerbaijan since 1990, Armenians have destroyed flora and fauna in the territories legally owned by Azerbaijan, polluted water bodies, and created an artificial drought in the area by preventing runoff, have ruthlessly cut down forests including thousand years old sycamore trees. This can be clearly seen from the initial observations and videos in the liberated areas compared to the pre-occupation period.

At present, in accordance with the joint trilateral statement signed between Azerbaijan, Russia and Armenia on November 10, 2020, the process of expulsion of Armenians illegally settled in Kalbajar, Lachin and Agdam regions is underway. Leaving the area, the Armenians continue their ugly and pessimistic intentions, deliberately setting fire to forests, cutting down deciduous trees, destroying wildlife, and thus posing a serious threat to the ecosystem of these areas. Despite all this, international organizations do not try to prevent environmental crimes committed by Armenians in the liberated territories of Azerbaijan and are indifferent to the issue.

Environmental terrorist acts committed by Armenians expelled from the liberated territories of Azerbaijan by the above-mentioned statement detects violations of relevant clauses of international documents- UNESCO Convention for the Protection of the World Cultural and Natural Heritage (November 16, 1972), UN Framework Convention on Climate Change (Kyoto Protocol, 1992) UN Convention on Biological Diversity (June 5, 1992), Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora (Washington, DC, March 3, 1973), Convention on Environmental Impact Assessment in a Transboundary Context (01.02.1999), The Convention on Long-Range Transboundary Air Pollution (Geneva, 13 November 1979) UN Convention on the Protection and Use of Transboundary Watercourses and International Lakes (Helsinki, March 17, 1992), the International Convention for the Protection of Plants (Rome, 1951) and other important international documents ratified by the Republic of Azerbaijan.

All this seriously worries us and we feel great regret. We strongly condemn the act of environmental terrorism committed by Armenians in the liberated territories of Azerbaijan and demand a fair international legal assessment of the perpetrators.