Astara şəhər 2 nömrəli tam orta məktəbində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyinin təşkilatçılığı ilə “Mütaliə etmək inkişafımız üçün nə qədər zəruridir?” mövzusunda maarifləndirici tədbir keçirilib.

Astarainfo.az  xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatları Rəşad Mahmudov və Etibar Əliyev, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən astaralı döyüşçülərin qəhrəmanlıqlarından bəhs ediblər.

Tədbirin sonunda gənclərə 200-dən çox kitab hədiyyə edilib.