Bu gün Fransanın paytaxtı Parisdə güləş üzrə dünya çempionatı start götürüb.
İlk yarış günündə 71, 75, 85 və 98 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Astarainfo.az AZƏRTAC-a istinadənxəbər verir ki, 85 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Abbasov Peru və Yaponiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırsa da, dörddəbir finalda Almaniya təmsilçisinə uduzub. Rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşdə iştirak edən güləşçimiz burada Kuba idmançısı ilə qarşılaşmanı üstün tamamlayıb. İ.Abbasov bürünc medal uğrunda mübarizədə İran idmançısına məğlub olaraq mübarizəni dayandırıb.
Digər təmsilçilərimizdən 71 kiloqramda Rəsul Çunayev üçüncü təsəlliverici görüşdə İran güləşçisinə, Həsən Əliyev (75 kq) yaponiyalı rəqibinə, Orxan Nuriyev (98 kq) isə Fransa idmançısına məğlub olaraq mübarizəni dayandırıblar.