2022-ci  ilin yanvar-sentyabr aylarında ilkin hesablamalaragörə Astara rayonunda fəaliyyət göstərən  müəssisə, təşkilat və fərdi sahibkarlar  tərəfindən iqtisadiyyatın  əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri) hsul  buraxılışı və xidmətlərin    həcmi əvvəlki  ilin müvafiq dövrünə nisbətən14,6  faiz artaraq  178067,8 min manata çatmışdır. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə düşən dəyəri 1596  manat  təşkil  etmişdir.

     Məhsul və xidmətlərin 39,0  faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 29,0  faizi ticarət; nəqliyyat vasitələrinin təmiri  sahələrində, 13,4  faizi  sənayedə, 15,7   faizi  tikintidə,  2,4  faizi  nəqliyyat və anbar təsərrüfatı sahələrində, 0,5  faizi isə informasiya və rabitə sahələrində istehsal olunmuşdur.

       Sənaye müəssisələri və bu sahədə fəaliyyət  göstərən fərdi sahibkarlar  tərəfindən 2022-ci ilin yanvar-sentyabr aylarında 23783,0 min manatlıq  və ya 2021-ci  ilin müvafiq dövrü ilə  müqayisədə 15,2  faiz  az sənaye məhsulu istehsal edilmişdir.

Sənaye məhsulunun 30,9  faizi emal  sektorunda, 68,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda  istehsal olunmuşdur.

Sənayedə  qeyri-dövlət  sektorunun payı 30,9 faiz  olmuşdur. Ümumi  istehsalın 81,4 faizi sənaye  məhsullarının istehsalı, 18,6 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına  yaradılmışdır.

     Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 14,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə  1,9 faiz  azalmışdır.

İstehsal  edilmiş sənaye   məhsulunun böyük hissəsi   istehlakçılara göndərilmiş,  əvvəlki dövrlərdə  yaranmış  ehtiyatlar  da  nəzərə  alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr  2022-ci il vəziyyətinə 583,1 min manatlıq hazır  məhsul olmuşdur.

      Hazırda kənd təsərrüfatı bitkilərinin yığımı davam edir. Oktyabr ayının 1-nə  kimi dənlilərin  və dənli paxlalı bitkilərin (qarğıdalısız) 642  hektar əkin sahəsinin hamısı  biçilmiş və həmin  sahələrdən 1844 ton və ya əvvəlki ilin müvafiq  dövrü ilə müqayisədə 15,0  faiz az  məhsul götürülmüşdür. Orta  hesabla hər hektardan 28,7  sentner və ya keçən ilin müvafiq dövrünə nisbətən 0,4 sentner az məhsul əldə edilmişdir. Bundan  əlavə, 188  hektar dən üçün  qarğıdalı  sahəsindən 588,8  ton məhsul yığılmış, hər hektardan  orta hesabla 31,3 sentner   qarğıdalı dəni  götürülmüşdür. Qarğıdalı  dəni nəzərə alınmaqla rayon üzrə  taxıl istehsalı 2432,8  ton  olmuşdur.

       2022-ci il  oktyabr ayının 1-nə kimi  sahələrdən 28677,2  ton  və ya keçən  ilin müvafiq dövrünə  nisbətən  1,3 faiz  çox  tərəvəz, 7843,6  ton  (3,9 faiz çox)  kartof, 4134,6  ton (0,1  faiz  çox)  bostan məhsulları, 1220,7 ton  (8,8  faiz çox) meyvə və giləmeyvə, 23,0 ton (1,8 faiz  çox) üzüm, 549,9 ton (21,4  faiz  az) yaşıl  çay yarpağı  yığılmışdır.

      2022-ci il  oktyabrın 1-i  vəziyyətinə    rayon üzrə 40114 baş iribuynuzlu  mal-qara, o cümlədən 19707  baş inək  və camış, 19111 baş  qoyun və  keçi mövcud  olmuşdur.  2021-ci  il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 540 baş (1,3 faiz), o cümlədən inək və camışların sayı 139 baş (0,7 faiz), qoyun və keçilərin sayı isə 1507  baş (7,3 faiz)  azalmışdır.                                                                                                                                        

     Keçən ilin müvafiq dövrü ilə müqayisədə  cari  ilin yanvar-sentyabr aylarında  diri çəkidə ət  istehsalı  0,5  faiz artaraq 2991,7 ton, süd istehsalı 0,4 faiz artaraq 20426,6 ton,   yumurta istehsalı 0,1 faiz artaraq 8843,0 min ədəd, yun istehsalı  0,7 faiz artaraq  28,2 ton olmuşdur. Bu dövrdə rayonda 372,5 kq və ya keçən ilin müvafiq dövrünə nisbətən 132,8 kq az   barama istehsal  olunmuşdur .  

     Keçən ilin müvafiq dövrü ilə  müqayisədə kənd  təsərrüfatının  ümumi məhsulu  2,5 faiz,  o cümlədən bitkiçilik  məhsullarının istehsalı 9,2 faiz artmış,   heyvandarlıq  məhsullarının  istehsalı isə 4,0  faiz azalmışdır.

   2022-ci ilin yanvar-senyabr  aylarında əsas kapitala 29158,6 min manat məbləğində, yaxud 2021-ci ilin  müvafiq  dövrü ilə müqayisədə 3,4  dəfə çox  vəsait yönəldilmişdir. Əsas  kapitala yönəldilmiş vəsaitin  28026,3  min manatı və ya 96,1 faizi  bilavasitə  tikinti-quraşdırma işlərinin  yerinə yetirilməsinəsərf  olunmuşdur. 2022-ci ilin doqquz ayında Astara rayonunda ümumi sahəsi 5885 kv.m olan 54 fərdi yaşayış evləri tikilib istifadəyə verilmişdir.

   Nəqliyyat  sektorunda  fəaliyyət  göstərən  müəssisələr və fiziki şəxslər tərəfindən  2022-ci ilin yanvar-sentyabr  aylarında 720  min ton yük və 4075  min nəfər sərnişin daşınmışdır. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 12,1 faiz, sərnişin  daşınması isə  26,8  faiz  artmışdır.

   İnformasiya və rabitə  müəssisələri tərəfindən göstərilən 904,9 min manatlıq   xidmətlərin  86,8 faizi əhali sektoruna aid olmuşdur. Əvvəlki  ilin müvafiq dövrü ilə müqayisədə  2022-ci ilin  yanvar-sentyabr  aylarında  informasiya və rabitə xidmətlərinin həcmi  dəyər ifadəsində   5,6 faiz artmışdır.

    2022-ci ilin yanvar-sentyabr  aylarında pərakəndə ticarətşəbəkəsindən əhaliyə 160116,2 min manatlıq məhsul  satılmış, xidmət subyektləri  tərəfindən 21160,7 min manatlıq ödənişli xidmət göstərilmişdir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,7 faiz,  əhaliyə göstərilmiş ödənişli xidmətlərdən  əldə olunan gəlir  6,5 faiz  artmış, ticarət şəbəkəsində 79917,5  min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 80198,7 min  manatlıq  qeyri-ərzaq məhsulları satılmışdır.

     2022-ci ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə  115,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 123,9 faiz, qeyri-ərzaq  malları üzrə 108,8 faiz, əhaliyəgöstərilən ödənişli  xidmətlər üzrə  107,6 faiz təşkil etmişdir.

   2022-ci  ilin  yanvar-avqust    aylarında   muzdla işləyənlərinorta aylıq nominal əmək haqqı  2021-ci  ilin müvafiq  dövrü ilə müqayisədə 21,8  faiz  artaraq 534,9  manat təşkil etmişdir.