Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan  tələbatınin ödənilməsi və çəltik  istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə olunmuşdur. “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu baxımdan atılan mühüm addım sayılmalıdır. Bu proqram eyni zamanda, kənd əhalisinin sosial rifahının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Astara rayonunun təsərrüfatlarında  cari ilin məhsulu üçün 290,0 hektar sahədə çəltik əkilmiş və keçən ilə nisbətən 54,2 hektar və ya 23,0 faiz çoxdur. Çəltikçilik Astara rayonunun  ənənəvi təsərrüfat sahəsidir. Astara rayonunda çəltikçiliyin inkişafı üçün geniş prespektivlər var.

Artıq bir neçə ildir bölgəmizin brendi olan, ekoloji cəhətdən təmiz və keyfiyyətli Astara düyüsünə bazarda tələbat böyükdür.  Yerli düyüyə olan tələbat əkinçiləri çəltik sahələrini  ildən-ilə artırmağa həvəsləndirir. Çəltikçilik rayonun əsasən Səncərədi, Pensər,Kakalos və Ərçivan  ərazi nümayəndəliklərində geniş yayılıb. Hazırda bütün ərazilərdə əkin sahələrinin aqrotexniki tələblər səviyyəsində becərilməsi üçün ciddi səy göstərilir.

 

Şövqiyyə  Məmmədova,

Astara  Rayon  Statistika İdarəsinin  rəis müavini