“Bank of Baku” ipoteka kreditləri üzrə şərtlərini daha da yüngülləşdirdi. İndi ev əldə etmək arzusunda olan şəxslər 100 min AZN-dək ipoteka kreditini güzəştli şərtlərlə minimal 20 faiz ilkin ödəniş etməklə əldə edə bilərlər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan İpoteka Fondu tərəfindən ayrılan vəsait hesabına “Bank of Baku” tərəfindən təklif olunan ipoteka kreditlərinin maksimal ödəniş müddəti 25 il, illik faiz dərəcəsi 8 faizdir.
Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir: şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti; nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti; yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti; iş yerini və gəlirlərini təsdiq edən sənədlər.
Mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla “Bank of Baku”ya müraciət edə bilərlər.
“Bank of Baku”nun təqdim etdiyi ipoteka krediti haqqında daha ətraflı məlumatı 145 Məlumat Mərkəzinə zəng etməklə və ya banka yaxınlaşmaqla əldə etmək olar.