Robot tozsoran ev sahibinə məlumat verəcək

Mütəxəssislərin fikrinə görə, robot tozsoran mənzil haqqında məlumatları əldə etmək və ev sahibinə ötürmək üçün əla üsuldur.

Aparıcı şirkətlərin təqdim etdiyi müasir tozsoran modelləri Wi-Fi şəbəkəsinə asan qoşulur, sonra isə məlumatların toplanması və ötürülməsini həyata keçirir.

“IRobot” şirkətinin aparıcı eksperti Kolin Enql bildirib ki, onların təqdim etdiyi avtomatlaşdırılmış tozsoranlar qəribə funksional qabiliyyətlərə malik unikal qurğulardır. Tozsoran informasiyanın toplanması və ötürülməsi ilə yanaşı, təmizləmə işlərini də mükəmməl şəkildə yerinə yetirir.

Yaxın gələcəkdə alimlər robot tozsoranın köməyi ilə eksperimental tədqiqat aparmağı da planlaşdırırlar.