Aprel döyüşlərinin əfsanəvi döyüşçüsü, “Qoca Qurd” ləqəbli şəhid Pəncəli Teymurovun adına Astara rayonunun Ojakəran kəndində futbol klubu yaradılmışdır. Pəncəli adı verilən klubun direktoru İlqar Dadaşov, təsisçisi Famil Teymurov, baş məsləhətçisi və məşqçisi Tural Əmirovdur.

Məlumat üçün qeyd edək ki, Pəncəli fk Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi qeydiyatından keçmişdir. Hazırda region liqasında 2 komanda ilə (U-11 və U-13)  mübarizə aparır. Ümumilkdə komandada 40-50 nəfər yeniyetmə gənclər AFFA qeydiyyatından keçmişdir. Astara şəhərində keçirilən “Qış Kobuku” futbol turnirində U-11 yaşla mübarizə aparan klub ikinci yeri qazanmışdır.

Gözəl təşəbbüsə görə klubun rəhbərliyinə təşəkkür edirik. Klub kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.