17 aprel 2024-cü il tarixində rayon icra hakimiyyətinin inzibati binasında “Astara rayonu ərazisində sitrusçuluq, çayçılıq və çəltikçiliyin inkişafı istiqamətində görülmüş işlər, problemlər və görülməsi nəzərdə tutulan tədbirlər” mövzusunda növbəti tədbir keçirilmişdir.

Tədbirdə Astara rayonu şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon bələdiyyə sədirləri, aidiyyəti idarə rəhbərləri, rayon ərazisində sitrusçuluq, çayçılıq, çəltikçilik, o cümlədən, digər kənd təsərrüfatı fəaliyyəti növləri ilə məşğul olan fermer və sahibkarlar iştirak etmişdir.

Rayon icra hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyevin sədirliyi ilə baş tutan tədbirdə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanverdi Şirinov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, Astara rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Fərhad Rzayev, Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov, “Astaraçay” MMC-nin nümayəndəsi Ağaşirin Ağayev, “PAŞA Sığorta” şirkətinin Lənkəran Regional İdarəsinin nümayəndəsi Orxan Axundov iştirak etmiş, mövzular ilə bağlı çıxışlar etmişlər.

Tədbir iştirakçılarına görülmüş işlər, problemlər və görülməsi nəzərdə tutulan tədbirlər barəsində məlumatlar verilmiş, o cümlədən iştirakçıların fikir və təklifləri dinlənilmiş, onlara maraqlı olan suallar dolğun cavablandırılmışdır.