Bu gün “Qarabağ” klubu Çempionlar Liqasında keçid turunun son oyununu oynayır. Xalqımız böyük ümidlərlə futbol komandamızın bu mərhələni keçəcəyini gözləyir. 
Astarainfo.az Bakupost.az-a istinadən xəbər verir ki,“Stimul Hospital” klinikası hər kəsin səbrsizliklə gözlədiyi oyunda klubumuza uğurlar arzulamaqla yanaşı, qələbə əldə edəcəyi təqdirdə yeni ilə qədər komanda üzvlərinin çek-up müayinələrini ödənişsiz həyata keçirməyi öhdəsinə götürür.
Qeyd edək ki, Danimarkanın “Kopenhagen” klubu ilə ilk matçı 1-0 qələbə ilə başa vuran “Qarabağ”ın növbəti mərhələyə adlaması üçün böyük şansı var.