“Koutinyo “Barcelona”da oynamaq istəyir”

“Liverpool”un yarımmüdafiəçisi Filippe Koutinyo Braziliya millisinin 2018 DÇ seçmə mərhələsində Ekvador və Kolumbiya ilə oyunlarında iştirak edə biləcək.  “pentakampeonlar”ın həkimi Mikael Simoni futbolçunun psixoloji baxımdan problemlər yaşadığını bildirib. O, Koutinyonun narahatlığına səbəb kimi “Barcelona” klubuna transferinin alınmasını qeyd edib.

“Koutinyo narahatdır. O, çox gərgin olsa da, zədəsi yoxdur. Buna görə Braziliyanın qarşıdakı oyunlarında forma geyinəcək. Filippe sadəcə stress keçirir. Onun gələcəyi qeyri-müəyyəndir. Harda oynayacağını bilməyəndə özünəinam itir. Koutinyo “Barcelona”da oynamaq istəyir”.