Bir az sonra Azərbaycan millisi futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç yığması ilə qarşılaşacaq.

AZƏRTAC xəbər verir ki, artıq komandaların start heyəti müəyyənləşib.

Azərbaycan yığmasının start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavle Paşayev, Maksim Medvedev, Bədavi Hüseynov, Namiq Ələsgərov, Dmitri Nazarov, Rəşad Sadıqov, Cavid Hüseynov, Riçard Almeyda və Mahir Mədətov yer alıblar.

Norveç millisinin ilk on birliyində isə meydana Rune Jarstein, Haitam Alisami, Jorgen Skjelvik, Havard Nordtveit, Coşua Kinq, Stefan Conson, Aleksander Sorlot, Mohamed Əl-yunusi, Sander Berge, Conas Svensson və Mats Moller Daehli çıxacaqlar.

Qeyd edək ki, Norveç-Azərbaycan oyunu Oslodakı “Ullevaal” stadionunda Bakı vaxtı ilə 22:45-də start götürəcək.