İranda məktəbli qızları daşıyan avtobus aşdı — – 12 ölü, 33 yaralı

İranda məktəbli qızları daşıyan avtobus qəzaya uğrayıb.
Astarainfo.az”Ölkə.Az”-a  istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Fars əyalətində baş verib.

Avtobusun aşması nəticəsində azı 12 nəfər ölüb, 33 nəfər yaralanıb.

Qeyd olunur ki, avtobus məktəbliləri Hörmüzgan əyalətindən gətirirmiş.

Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
Hadisə ilə bağlı araşdırma başlayıb.

Ölkə.Az