Rauf Əliyev komandasının qələbəsində pay sahibi oldu

Albaniya superliqasında yeni mövsümə start verilib.

Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, millimizin futbolçusu Rauf Əliyevin şərəfini qoruduğu “Kukesi” ilk turda “Kamza” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

“Kukesi” – “Kamza” – 1:0
Qol
: Bakay, 63

Matça ehtiyat oyunçular skamyasında başlayan Rauf 51-ci dəqiqədə meydana daxil olub. Ona qarşı 62-ci dəqiqədə edilən kobudluğa görə “Kamza”nın qapısına penalti təyin olunub. Bakay 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.