Tacikistanın müstəqilliyinin 26-cı ildönümü Düşənbədəki mərkəzi stadionda təntənəli şəkildə qeyd edilib.

Tədbirdə dövlət və hökumət rəsmiləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər.

Tacikistan Prezidenti Emoməli Rəhmon bayram münasibətilə ölkə vətəndaşlarını təbrik edib, müstəqillik illərində əldə olunan uğurlardan danışıb. Dövlət başçısı bildirib ki, müstəqillik Tacikistanın tarixində yeni mərhələdir və bu illərdə ölkədə siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrdə nəzərəçarpacaq dəyişikliklər baş verib.

1991-ci il sentyabrın 9-da Tacikistanın Ali Soveti-Şiroi Ali “Tacikistanın dövlət müstəqilliyi haqqında” Qanun qəbul edib və həmin gün bayram elan olunub.

Tədbir bədii hissəsi ilə davam edib.

AZƏRTAC