Azərbaycan diplomatının məktubu “Vaşinqton Post” qəzetində dərc edilib

Son vaxtlar Azərbaycana qarşı aparılan media kampaniyası ilə əlaqədar ölkəmizin ABŞ-dakı Səfirliyinin diplomatının “Vaşinqton Post” qəzetində məktubu dərc edilib.

Məktubda qeyd edilir ki, Vaşinqton Post” qəzetinin 5 sentyabr tarixli yazısı Azərbaycana qarşı təhrif olunmuş təsəvvür yaradır. Azərbaycanın enerji dolu və pluralist cəmiyyət olduğu vurğulanaraq buna misal gətirilir. Həmin məqalənin Azərbaycanın Mətbuat Şurası tərəfindən kəskin mənfiliyə görə tənqid edildiyi, eyni zamanda da “Turan” informasiya agentliyinin direktoruna görə həmin Şuranın Azərbaycan dövlət başçısı cənab İlham Əliyevə müraciət etdiyi xatırlanıb.

Məktubda Azərbaycanın ABŞ-la möhkəm tərəfdaşlığı və torpaqlarının uzun müddətdən bəri Ermənistanın işğalı altında olmasına baxmayaraq, ölkəmizin davamlı şəkildə dar yönümlü mənfi kampaniyaların hədəfi olduğu vurğulanır. Bunun gözlənildiyi kimi pessimistik stereotiplər yaratdığına diqqət çəkilərək daha balanslı və məhsuldar yanaşma tətbiqinin vacibliyi vurğulanır.