Ağstafa sakini özünü güllələyərək öldürüb

Ağstafa rayonunda baş vermiş hadisənin bəzi təfərrüatı məlum olub

Astarainfo.az “Report”un Qərb bürosuna istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü Emin Yaqubəliyev ov tüfəngi ilə baş nahiyəsinə ataş açaraq intihar edib. İllər öncə anasını itirən E.Yaqubəliyev hadisə zamanı evdə analığı ilə birgə olub.

Analığı Şərafət Cəbrayılova “Report”un yerli bürosuna bildirib ki, hadisə zamanı evdə olsa da hadisəni necə baş verməsindən xəbərsizdir:

“Emin otaqda olan zaman mən həyətdə idim və qəfildən güllə səsi eşidərək otağa daxil oldum. Bizim evdə ov tüfəngi yox idi. Bilmirəm tüfəngi haradan və necə əldə edib. Heç evə nə vaxt gətirdiyini də görməmişəm. Eminin atası Mahir Yaqubəliyev rayon ərazisindəki özəl şirkətlərin birində dəmirçi işləyir və hadisə zamanı işdə olub. Ona hadisənin baş verdiyini də mən demişəm”.

Hüquq mühafizə orqanları hadisənin qətl olduğunu istisna etmir.

Hazırda hüquq- mühafizə orqanları tərəfindən istintaq aparılır.