İtaliyada batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrant xilas edilib

İtaliya Sahil Mühafizəsi Xidməti Avropaya keçməyə çalışarkən batmaq təhlükəsi ilə üzləşən 600-ə yaxın miqrantı xilas edib.
   AZƏRTAC- xarici KİV-ə istinadla xəbər verir ki, xilasetmə əməliyyat 36 saata yaxın davam edib.
Xilas edilənlərin Palermo şəhərinə gətirildiyi bildirilir.
Qeyd edək ki, bu ilin sentyabrında Yunanıstanın Krit və Lesbos adaları yaxınlığında 210, avqustunda isə İspaniya sahillərində 600 qeyri-qanuni miqrant xilas edilmişdi.