Cənab Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Astara şəhəri “Qum” məscidi dini icmasınınhəyata keçirdiyi “İslam humanizm və həmrəylik dinidir” adlılayihəsi çərçivəsində Astara rayonu Sım kəndində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Turan Həsənzadə, Emin Həmidli, Astara Rayon İcra Hakimiyyəti (RİH) Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)  Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Astara Rayon İcra Hakimiyyəti başçısının Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Telman Ağayev, Pəlikəş kənd  bələdiyyəsinin sədri Xaqani Xalıqov,  Sım kənd tam orta məktəbin direktoru Nəbi Xalıqovvə ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında tolerantlıq və multikulturalizmin Azərbaycan modelinin məntiqi və ideya davamı kimi İslam Həmrəyliyinin Azərbaycan nümunəsi haqqında tədbir iştirakçılarına məlumat verib. Q.Məmmədov bu nümunədə  radikal çağırışlara yol verilməməsi, bütün dünyada sülh, birlik və həmrəyliyə nail olunması, məzhəblərarası etimad mühitinin yaradılması və inkişafınının nəzərdə tutulduğunu bildirib.
Astara Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev ölkəmizdə dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, dini icmaların həmrəylik, birlik şəraitində fəaliyyət göstərdiyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi, şəhər “Qum” məscidi dini icmasının sədri İlqar Həsənov, Pəlikəş kənd bələdiyyəsinin sədri Xaqani Xalıqov, məktəbin direktoru Nəbi Xalıqov, Sım kənd məscidi dini icmasının sədri Ziyadxan Əliyevvə başqaları çıxışlarında islami dəyərlərin milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıblar. Natiqlərdini radikalizmə qarşı mübarizədə aparılan maarifləndirmə, ideoloji və hüquqi mübarizənin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, Dövlət Komitəsi tərəfindən nəşr edilən dini təyinatlı maarifləndirici ədəbiyyatlar paylanılıb.