İran yenə silkələndi

İran-İraq sərhədində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Mehran şəhərindən 45 cənub-şərqdə, ocağı isə 40 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.APA