Noyabrın 26-da Bakıda və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən xəbərə görə, şimal-qərb küləyi gündüz mülayim  cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Gecə 3-6° isti, gündüz 10-13° isti olacağı gözlənilir. Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək olan 773  mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80%, gündüz  55-60% təşkil edəcək.
Rayonalrda hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz  ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  0-4° isti, gündüz 9-14°  isti, dağlarda gecə 4-9°, yüksək dağlıq ərazilərdə 12-17° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.APA