Meksikada yol qəzası nəticəsində 18 nəfər ölüb

Meksikada ağır yol qəzası baş verib.
APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, hadisə Puebla ştatında qeydə alınıb.
Dağlıq ərazidə pikap tipli avtomobilin aşması nəticəsində azı 18 nəfər ölüb. Məlumata əsasən, 16 nəfər hadisə yerində, daha iki nəfər xəstəxanada ölüb.
Qəza zamanı yaralanan 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. İnsidentin səbəbləri barədə məlumat verilmir.