11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat kampaniyası çərçivəsində növbəti görüş  aprelin 4-də  rayonun Ərçivan qəsəbəsində seçicilərlə görüş keçirilib.
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Firudin Əhmədov qarşıdan gələn Prezident seçkiləri ilə bağlı məlumat verib. O, prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramı ilə seçiciləri tanış edib. Firudin Əhmədov qeyd edib ki, 2003-2018-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü işlər Azərbaycanın inkişafına çox böyük təkan vermişdir. Bütün bu illər ərzində Azərbaycan çox böyük uğurlara imza atmışdır. Ölkənin inkişafı, insanların rifahı naminə həyata keçirilən islahatlar Prezidentliyə namizəd cənab İlham Əliyevin seçki proqramının əsas mahiyyətini təşkil edir. F.Əhmədov bildirib ki, müasir dövlətimiz məhz bu siyasət nəticəsində inkişaf edir. O, görüşdə iştirak edən seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev çıxışında bildirib ki, xalqımız prezident seçkisi üçün artıq özünün qəti seçimini edib: «Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıdakı seçkilərdə Azərbaycan xalqının mütləq əksəriyyətinin vahid namizədidir. Beynəlxalq birlik də, Dünya Azərbaycanlıları da ölkə Prezidentliyində İlham Əliyevin namizədliyinə ürəkdən dəstək verirlər. Xalqımız Prezident seçkilərinə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış yeniləşmiş möhtəşəm Azərbaycan boyda böyük hesabatla gedir. Müasir Azərbaycan haqqında hesabatın müəllifi Azərbaycan xalqının lideri İlham Əliyevdir. Ona görə də ölkənin və xalqımızın qarşıdakı Prezident seçkilərinə gedərkən qəlbinin dərinliklərindən gələn yalnız bir qərarı vardır: İlham Əliyev! uzaqgörən, müdrik və qədirbilən xalqımız növbəti dəfə də bu mühüm və qəti seçiminin böyük bəhrəsini görəcəkdir.
Sonra Ərçivan qəsəbə gəncləri adından çıxış edən Emil Axundov bildirib ki, bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev gənclərin bütün arzularının reallaşması istiqamətində davamlı və qətiyyətli siyasət yürüdür. Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib, hərbi potensialımız olduqca yüksək səviyyədədir: «Vətəndaşlarımızın sosial rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görülür, pensiyalar artırılır, yeni iş yerləri yaradılır. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir Azərbaycan gənci 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir».
Tədbirdə çıxış edən Ərçivan qəsəbə sakinləri Xanlar Əliyev, Səadət Məmmədov, Səfərəli Məmmədov, Məhərrəm Ağayev və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətinin nəticələrindən bəhs ediblər və hamılıqla 11 apreldə Yeni Azərbacyan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər və qəti seçiminin böyük bəhrəsini görəcəkdir.

Astarainfo.az