Astarada fərdi ev yanıb

Astarada yanğın olub. Astarainfo.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Rudəkənar kəndində ümumi sahəsi 260 m2 olan evdə baş verib. Nəticədə evin dam örtüyünün 2-ci mərtəbəsinin tavanı 114 m2 sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.