Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la “Olimpiya” arasında keçiriləcək hər iki oyunun tarixi müəyyənləşib. “Olimpiya”nın rəsmi saytının məlumatına görə, ilk qarşılaşma iyulun 11-də baş tutacaq.
Həmin gün “Qarabağ” Lyublyanada Sloveniya çempionunun qonağı olacaq. Görüş yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 22:00) start götürəcək.
Komandalar arasında cavab görüşü isə iyulun 18-də Bakıda oynanılacaq.(Apasport)
26 aprel 2024-cü il tarixində rayon icra hakimiyyəti və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin təşkilatçılığı ilə Astara Rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli...