Bu gün Prezident İlham Əliyevin respublikamızın bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmə güləşçilər arasında “Day of children” devizi ilə keçirilən beynəlxalq turnirdə astaralı idmançı uğurla çıxış edib.
İki gün davam edən yarışda ölkəmizi sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamız təmsil edib. Millimizin tərkibində çıxış edən astaralı idmançı Ramik Heybətov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sahib olub.
Qeyd edək ki, R.Heybətov ilk görüşündə erməni rəqibinə qalib gəlib.
Astarainfo.az  xəbər verir ki, bununla əlaqədar dekabrın 6-da Astara Rayon İcra Hakimiyyətinin Başçısı Qəzənfər Ağayev İran İslam Respublikasının paytaxtı Tehran şəhərində sərbəst güləş üzrə ölkəmizi layiqincə təmsil edərək qızıl medala layiq görülən astaralı idmançı Ramik Heybətovu və Astara Olimpiya İdman  Kompleksində məşqçi-müəllim kimi fəaliyyət göstərən Nizami Axundovu qəbul edib.
İcra başçısı Qəzənfər Ağayev idmançımızı və onun məşqçisi   Nizami Axundovu   qələbə münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirib.
İcra başçısı bildirib ki, artıq qarşıdakı yarışlara və olimpiadalara daha da yaxşı hazırlaşmaq lazımdır. Qazanılan qələbələrlə bərabər,irəli baxmalıyıq.Azərbaycan güləşçiləri hər zaman qatıldıqları yarışlarda uğurla çıxış edirlər. İnanırıq ki, bir çox uğurlu güləşçilərimzlə yanaşı sərbəst güləş üzrə dünya ikincisi Cəbrayıl Həsənovu nümunə alaraq,  bundan sonra da öz uğurlu yarışların  ilə xalqımızı sevindirməkdə davam edəcəsən.
Rayon icra hakimiyyətinin başçısı Qəzənər Ağayev rayonda idmanın bütün sahələri kimi sərbəst güləşin inkişaf etdirilməsi və bu idman növünə olan marağın artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Görüşdə yeniyetmə idmançımız Ramik Heybətov və  məşqçi Nizami Axundov göstərdiyi yüksək diqqət və qayğıya görə icra başçısı Qəzənfər Ağayevə təşəkkür və minnətdarlığını bildirib. Gələcək planlar və nəzərdə tutulan işlər barədə məlumat verən Nizami Axundov növbəti mövsümdə qarşıda duran vəzifələrdən danışıb.
Sonra idmançımız və  məşqçisi rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev tərəfindən fəxri fərmanla təltif olunublar.