19-20 yanvar tarixlərində Bakı şəhəri Cənub İdman Klubunun Boks zalında Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr  olunmuş yeniyetmələr və gənclər arasında boks üzrə açıq birincilik keçirilib.
Birincilikdə 4 nəfər astaralı azyaşlı boksçular da yüksək nəticələr əldə ediblər.
Belə ki, 30 kq çəki dərəcəsidə Raman Mirzəzadə, 36 kq çəki dərəcəsində Əli Əliyev, 32 kq çəki dərəcəsində Amin Kərimov, 42 kq çəki dərəcəsində Kərimov Surac Bəhruz oğlu  II yerə layiq görülüblər.
Azyaşlı boksçuları yarışa boks idman növü üzrə məşqçi-müəllim Elnur Bəşirov hazırlayıb.
Yanvarın 21-də Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev boksçular və məşqçi ilə görüşüb onları bu uğurları münasibəti ilə təbrik edib.
Elnur Qurbanlı
Astarainfo.az