“Astara rayonunun Kijəbə qəsəbəsi, Siyaku, Asxanakəran, Təngərüt kəndlərinin icra nümayəndəliklərindən sürüşmə ilə bağlı bizə müraciət daxil olub. Mütəxəssislərimiz hazırda həmin kəndlərin ərazilərində araşdırma aparırlar”.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.

O bildirib ki, araşdırma zamanı əraziyə dəymiş ziyan və sürüşmə sahələrinin konturları müəyyənləşdiriləcək.(ONA)