Hər şey general Polad Həşimovun nəfəsinin durduğu yerdən başladı .Onun şəhadəti ilə yatmış vulkan oyandı. 44 günlük Vətən müharibəsi nəticəsində ordumuz  Qarabağda 30 ildir davam edən ədalətsizliyə son qoydu.Haqqında söhbət açacağımız  qəhrəman şəhidimiz də “Polad”,-deyib könüllü cəbhəyə gedənlərdəndir.

Şəhid Kamran Seyfullazadə anasından xəbərsiz könüllü hərbi xidmətə yazılır.İyul ayında Polad Həşimovun şəhid olması xəbəri bir çox qeyrətli gənclər kimi Kamranın qəlbində də dərin iz buraxır.Anası döyüşə gedəcəyini eşidəndə onun təlaşına qarşı Kamranın dediyi yalnız  bu olur:  “Mənə görə niyə narahatsan? Mən Poladdan artıq oğlanam məgər?”

 

Seyfullazadə Kamran 1999-cu ildə Astara rayonunda dünyaya gəlib.Deyirlər :

                            Atalar çiynində qəhrəman oğul,

                             Analar bətnində şəhid böyütdü.

                             Vətəndə yol aldı Vətəni üçün,

                           Gedənlərə bayrağa dönüb qayıtdı.

Şəhid Kamran qəhrəman oğul olsa da ata çiynində böyüməyib.Kiçik yaşlarından anası ilə min zəhmətə qatlaşıb.Uşaq ikən böyüyüb Kamran.Anası Ruqiyyə xanım  deyir ki ,əli qabarlı idi,amma çox qeyrətli və vətənpərvər oğul idi.Heç nədən qorxusu yox idi.

Bacısı Lalə isə deyir ki,Kamran ona qardaşdan da artıq atalıq edib.Ailə quran  bacısının övladı Namiqi öz balası kimi əziləyib.Ailəsinə qarşı çox qayğıkeş olan bu qeyrətli oğlan ətrafdakı heç kəsə qarşı biganə olmayıb.Onu tanıyan hər kəs-  qohum-əqraba ,dost-tanış,müəllimləri onun haqqında ürək yanğısı ilə danışır.

 

Məzunu olduğu şəhər  6 saylı məktəbin direktoru  Ülviyyə müəllim  və kollektivi  deyir ki, Kamranın şəhid olmağı onları həm yandırır,həm də qürurlandırır.Məktəbdə qəhrəmanı şagirdlərə tanıtmaq üçün lövhə yaradıblar.

Sentyabrın 21-dən könüllü cəbhəyə yollanan qəhrəmanımız  6 rayonda döyüşüb.Onun döyüş yolu  Füzuli,Cəbrayıl,Qubadlı,Suqovuşan,Hadrut, Laçından keçib.

Silahdaşları Kamran haqqında belə deyir: “ İstəyirdi ki,hər şey birinci onun əlindən keçsin.Hər  tapşırığa hamıdan öndə gedirdi. Hücumçu-artilleriyaçı idi.11 nəfərə başçılıq edən Kamran manqa komandiri idi. “Əlhəmdulillah” deyib yuxarı- Şuşaya  qalxırdıq.Döyüşdə olduğu müddətdə 30-dan çox ermənini əlbeyaxa döyüşdə öldürüb. Kamran dəfələrlə yaralı  əsgərlərə  qan verib.”

Şuşaya  qalxarkan çətin yollarda düşmən təxribatı nəticəsində onların maşını aşır,lakin Kamran sağ qalır. Şuşaya  xüsusi təyinatlıları dəstə ilə daxil olur.Daşaltıda hərbi əməliyyat  zamanı döyüş yoldaşını xilas etmək üçün gedən Kamran özü də onunla birlikdə şəhid olur.

31 oktyabrda anası ilə telefonda sonuncu dəfə danışır.Telefonda:

Ana,heç darıxma çox az qalıb,tezliklə qələbə xəbəri ilə evə gələcəyəm,-deyir .

Anası:- Sən mənə söz  vermisən,sağ-salamat gələcəksən,-deyəndə

Sən mənimlə heç fəxr etmirsənmi?-deyir.Bacısı oğlu balaca Namiqi möhkəm-möhkəm ona  tapşıranda,ana ürəyi sıxılmağa başlayır.

Anası narahat olmasın deyə ona döyüş yolunun çətin olmağı haqqında heç nə deməyən Kamran bacısına sağ qalmaq şansının çox az olduğunu bildirib.Hər şeyi gözə alıb irəli gedən bu cəsur döyüşçü ərki çatan hər kəsə,dayısına ,dostlarına ,əsgər yoldaşlarına anasını tapşırıb əmanət edir.Anamın daha başqa oğlu yoxdur,onu tez-tez axtarasınız,-deyir.

Müharibə bitəndən sonra oğlunu evləndirmək istəyən ananın  arzusu isə ürəyində qalır.

Ruqiyyə xanım: “.Söhbətlərində qız övladı arzu etdiyini deyirmiş.Bacısı oğlu Namiqə dərin məhəmmət  bəsləyən Kamran o qısqanmasın deyə özünə qız övladı arzu edirmiş. Əsgər yoldaşları tez-tez  mənə zəng edib əlaqə saxlayırlar.Kamranı  elə bil ki 38 gün deyil 38 ildir tanıyırdıq ,-deyirlər,-çox yaxşı qardaş idi”

Qəlbinə dağ dəymiş ananı övunduran isə Kamrandan geriyə qalan şəkillər,səs yazıları,videolardır.

Ruqiyyə xanım: “Füzulinin alınmasl zaman video çəkiblər.Sevinirdilər ,rəqs edirdilər.Hadrutda divara o ad və soyadını ,”Astara” sözünü ,bir də “Qarabağ Azərbaycandır “ yazıb.Kamran hamının sevgisini qazanmışdı.Bilirsinizmi,Kamran sağ qayıtsın deyə nə qədər qurbanlar niyyət etmişdilər.”

Taleyində Vətənə qurban getmək var imiş qəhrəmanımızın.Vətənin azadlığı və istiqlaliyyəti uğrunda canını qurban verənlər isə heç vaxt unudulmur.Ölümsüzlüyə qovuşur.

Kamran Seyfullayev ölümündən sonra  Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 5 medalla-“Vətən uğrunda” medalı,“Cəbrayılın azad olunmasına görə” medalı,“Xocavəndin azad olunmasına görə” medalı,“Füzulinin azad olunmasına görə” medalı,“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Milli qürurumuzun paytaxtı-Şuşanın,ümumilikdə Qarabağın azad edilməsi ilə oddan bitən, qandan bitən əyilməzlərin,mərdliyilə öyünməzlərin, torpaq altda  ölümlüyə  gömülməzlərin ruhu şad oldu artıq!

Əfsun Ələskərli