Son günlər mətbuatın gündəmini zəbt edən məsələyə millət vəkili Qənirə Paşayeva biganə qalmayıb.

Qənirə xanım Paşayeva pedofillərə qarşı cəzaların sərtləşdirilməsini tələb edib.

Millət vəkili bu barədə sosial şəbəkədi səhifəsində çağırış edib: “Qanunlarımızda kiçik yaşlı uşaqlara qarşı cinsi təcavüz edənlərə qarşı cəzalar həddindən artıq sərtləşdirilməlidir. Milli Məclisin iclasları başlayan kimi ilk çıxış edəcəyim mövzuların önündə gəlir bu məsələ. Yetər artıq! Bu gün bu xəbəri dəhşət içərisində oxudum. Şərəfsizliyin, əxlaqsızlığın ən yüksək nöqtəsidir. Belələrinə insan deməyə dilim gəlmir. 9 yaşlı kiçik bir qıza, baldızının övladına, yəni öz ailəsinin üzvünə qarşı bu cür namussuzluq edən birisi cəmiyyət üçün ən təhlükəli insanlardandır. Ailələr bu cür hadisələr baş verdikdə gizlətməməlidirlər, hüquq-mühafiqə orqanlarına müraciət edib, bu cür insanlıq adına ləkə olanların ağır cəzalanmasına nail olmalıdırlar ki başqalarına dərs olsun. Eyni zamanda bu cür əxlaq sahibinin cəmiyyətdə rahat dolaşması mütləq başqa birisinin də övladını və ya övladlarını böyük təhlükə qarşısında qoya bilər.

Belələrinin yeri həbsxanadır, cəmiyyətdən təcriddir və məncə bundan da sərt cəzaları haqq edirlər. Millət vəkili F. Mustafanın bununla bağlı mətbuatda səslənən təkliflərini də dəstəkləyirəm. Gör insanı psixoloji olaraq hansı vəziyyətə gətirirlər ki ən ağır, ən sərt cəzaları dəstəkləyirik.

P.S Pedofiliya (uşaqbazlıq) təəssüf ki dünyanı narahat edən problemdir və biz də ona qarşı mübarizəmiz də sərtləşməlidir. Kiçik yaşlı balalarımızı bu cür məxluqların əlindən qorumaq üçün bütün cəmiyyət diqqətli olmalıyıq və onları daha yaxşı qorumaq üçün ümumi mübarizəmizi gücləndirməliyik”.


Ölkə.Az