Azərbaycandakı teleradio şirkətlərindən birinin adı dəyişdirilib

 Quba rayonunda fəaliyyət göstərən “Xəyal” Müstəqil Televiziya və Radio Şirkətinin adı dəyişidirilib.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında şirkətin adının dəyişdirilməsi ilə əlaqədar olaraq, ona verilmiş regional televiziya yayımı üçün xüsusi razılığın (lisenziyanın) “Qafqaz” Müstəqil Televiziya və Radio Şirkətinın adına rəsmiləşdirilib.
Bundan başqa, iclasda “Albax TV” MMC-yə 27 iyul 2011-ci il tarixdə kabel şəbəkəsi yayımı üçün 6 il müddətinə verilmiş xüsusi razılığın (lisenziyanın) müddətsiz hesab edilməsi barədə qərarlar qəbul edilib.