Türkiyənin “Qalatasaray” klubu sabiq futbolçusu Arda Turanı 1 illik icarəyə götürür.
Astarainfo.az Enter.News-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əldə olunan razılaşmaya əsasən “Aslan” ulduz futbolçu üçün məxsus olduğu İspaniyanın “Barselona” klubuna 2.5 milyon avro ödəyəcək.
Arda isə “Qalatasaray”da ilinə 3.8 milyon avro qazanacaq. Ardanın doğma klubunda 66 nömrəli formanı geyinəcəyi bildirilir.