“Aeroflot” aviaşirkəti “Şeremetyevo” aeroportundan bu günə həyata keçirilməli olan 20 aviareysini təxirə salıb.

AZƏRTAC aeroportun onlayn tablosuna istinadla xəbər verir ki, buna səbəb Moskva və şəhər ətrafında baş verən güclü külək və yağışdır.

Bundan başqa, aviaşirkətin Varşava, Arxangelsk və Sıktıvkara olan reyslərində də ləngimə müşahidə olunub.