Heydər Əliyev Mərkəzində Ədalət Şükürovun solo konserti olub

Heydər Əliyev Mərkəzinin parkında Azərbaycanın Əməkdar Artisti Ədalət Şükürovun solo konserti olub.

Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, Mərkəzin parkında bu yay mövsümündə ənənəvi olaraq təşkil edilən istirahət proqramları çərçivəsində şəhər sakinləri və qonaqlar ötən bazar günü axşamı Ədalət Şükürovun repertuarından müxtəlif mahnıların sədaları altında dincəliblər.

İki saata yaxın davam edən konsert proqramında Ədalət Şükürov “Nə yaxşı ki, yanımdasan sən” yeni mahnısını da parkda dincələnlərə təqdim edib. Müğənni konsertə toplaşan yüzlərlə tamaşaçı ilə həm də özünün ən böyük selfisini çəkdirib.

Beləliklə, isti yay günləri Mərkəzin parkında daha bir həftəsonu proqramı ilə başa çatıb.

Növbəti tədbirlər barədə məlumatları Mərkəzin Facebook və İnstagram (@heydaraliyevcenter) səhifələrindən izləmək olar.

Mərkəzin parkındakı həftəsonu tədbirlərinə giriş sərbəstdir.