Astarainfo.az xəbər verir ki, avqustun 15-də  Astara rayon Mərkəzi kitabxanası uşaq şöbəsinin birgə təşkilatçılığı ilə  səyyar kitabxana xidməti təşkil edib.

Yay boyu təşkil edilən səyyar kitabxananın növbəti ünvanı  şəhər 2 saylı Uşaq bağçası olub.    Səyyar kitabxana xidmətini təşkil etməkdə əsas məqsəd təbiət, canlılar və bitkilər aləmi haqqında bilikləri təbliğ etmək və uşaqların dünyagörüşünü artırmaq olub.

Xidmət zamanı 100-ə yaxın kitab nümayiş olunub. “Balacaların   təbiət ensiklopediyası”, “Təbiət və rənglər”, “Od ağacı”, “Quşlar”, “Sevdiyim çiçəklər”, “Heyvanlar aləminin ensiklopediyası”, “Yurd içində gəzişmələr” kitabları uşaqların böyük marağına səbəb olmuşdur.
Şəhər 2 saylı Uşaq bağçasının müdiri Lalə Səmədova xidmətdən razı qaldığını  və kitabxanaçılara öz təşəkkürünü bildirmişdir.