“Azərbaycan bu ilin sonuna qədər Kosta-Rikada səfirlik açmağı planlaşdırır”.
Bunu “Report”a müsahibəsində Kosta-Rikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xayro Fransisko Lopes Bolanyos deyib.
Onun sözlərinə görə, xarici işlər naziri Elmar Məmmədyarovun bu ilin iyun ayında Kosta-Rikaya səfəri zamanı bu məsələ onun kosta-rikalı həmkarı Manuel Qonsalea Sans ilə müzakirə olunub.
“Biz ilk addımı atdıq və Bakıda səfirlik açdıq. İlin sonuna qədər San Xosedə Azərbaycan səfirliyinin açılacağına ümid edirik. Bu məsələ üzərində işləyirik”, – diplomat bildirib.