FIFA referisi Elçin Səmədli beynəlxalq oyunlara təyinat alıb.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, o, futzal üzrə UEFA kubokunun ilkin təsnifat mərhələsinin “H” qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

“Levski” (Bolqarıstan), “Knooppunt” (Hollandiya), TMT (Şotlandiya) və “Sjarmtrollan Idrettslag” (Norveç) komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 22-dən 28-dək Norveçin Tromso şəhərində keçiriləcək.