Slovakiyanın Pan-European Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti ilə (UNEC) əməkdaşlıqda maraqlıdır. Bu barədə AZƏRTAC-a UNEC-dən bildirilib.
Pan-European Universitetinin mütəxəssisləri UNEC-də reallaşdırılan layihələri yüksək qiymətləndiriblər. Onlar universitetlər arasında ikili diplom proqramının həyata keçiriləcəyini bildiriblər.
Bununla bağlı UNEC əməkdaşlarının Pan-European Universitetinə səfəri zamanı danışılıb. “Erasmus+” proqramı çərçivəsində baş tutan səfərin əsas məqsədi həmin universitetin beynəlxalq əlaqələr sahəsindəki təcrübəsini əldə etmək və daxili audit fəaliyyəti ilə yaxından tanış olmaq olub