Cari ilin yanvar-iyul aylarında tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 38,3 faiz artaraq 297,3 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sementin istehsalı 24,1 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 3 dəfə, şüşə lifindən ipliyin istehsalı 6,5 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 34,3 faiz artıb.