“Neftçi”nin sabiq futbolçusu Malta klubunda

“Neftçi”nin sabiq futbolçusu Ernest Nforun yeni klubu müəyyənləşib.

Astarainfo.az Qol.az-a istinadən  xəbər verir ki, 31 yaşlı hücumçu Maltanın “Birkirkara” klubuna transfer olunub. Onunla  1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, E. Nfor “Neftçi”də 2013 – 2015-ci illərdə oynayıb.