İtaliyanın “Milan” klubunun futbolçusu Karlos Bakka karyerasını İspaniya “Villarreal”ında davam etdirəcək.
31 yaşlı kolumbiyalı hücumçu 2017/2018 mövsümündə icarə əsasında “Villarreal”ın formasını geyinəcək. Müqavilədə ispaniyalıların onun satınalma hüququna malik olmaları barədə də bənd var.
2015-ci ilin yayında “Sevilla”dan “Milan”a Bakka keçirdiyi 70 oyunda 31 qol vurub.
Xatırladaq ki, futbolçu ilə “Fenerbahçe” da maraqlanırdı.