“SHOESSTAR CASPIAN” ayaqqabı və dəri malları Beynəlxalq sərgisi Bakıda ilk dəfə qapılarını açır.

Sərgi 2017-ci ilin 23-25 sentyabr tarixlərində keçiriləcək. Keçirildiyi yer: Azərbaycan, Bakı şəhəri, Bakı Ekspo Mərkəzi, Heydər Əliyev prospekti, 515.

Sərgi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilir.

Bizim yeni “SHOESSTAR” ayaqqabı və dəri malları beynəlxalq sərgisinin məqsədi – dünyanın 10 ölkəsindən, 30-dan çox əmtəə nişanı olan aparıcı istehsalçıları və distribyutorları – ayaqqabı mağazalarını, pərakəndə satış sahiblərini və əmtəəşunasları “YAZ-YAY 2018″ mövsümü üçün yeni böyüklər üçün kolleksiyaları, uşaq ayaqqabıları və müxtəlif dəri aksesuarları ilə tanış etməkdir.

Biz Azərbaycan, Gürcüstan və İran Respublikalarının bütün ayaqqabı sənayeçilərini bu sərgiyə dəvət edirik! 3 gün ərzində Bakı “Xəzərin” ayaqqabı nümayişinin vitrini olacaq! Bu mühüm hadisəni nəzərdən qaçırmayın!

Digər sərgilərdən fərqli olaraq, “SHOESSTAR” sərgi-təqdimatı bilavasitə Sizdə həyata keçirilir.

Sərgi ayaqqabı istehsalçılarına və distribyutorlarına Azərbaycanın, Gürcüstanın və İranın bu sahədə xüsusiyyətlərini nəzərə almaq, mağaza sahiblərinə isə – ölkəni tərk etmədən həm maliyyə həm də vaxt xərclərini münasib etmək və ayaqqabı modasının ən yeni ideyaları ilə tanış olmaq imkanı verir.

Beləliklə, “SHOESSTAR” ayaqqabı biznesinin inkişafı üçün bütün şəraiti yaradır!

“SHOESSTAR” sərgisində dünyanın 10-dan artıq ölkəsinin, o cümlədən Almaniya, Portuqaliya, İspaniya, İtaliya, Çin, Braziliya, Ukrayna, Özbəkistan və Rusiyanın aparıcı şirkətlərinin ayaqqabı, çanta və dəri məmulatlarına qulluq üçün vasitələr təqdim olunacaq.

“SHOESSTAR” sərgisinin iştirakçıları arasında qadın və kişi, rahat, klassik və ixtisaslaşdırılmış ayaqqabı istehsalçıları, eləcə də uşaq və yeniyetmə seqmenti təqdim olunub.

Bizim iştirakçılar arasında MARCO Tozzi, Tamaris, Caprice, ARA, JENNY, FLIORAJ, ROMIKA, INBLU, Vita, DE Arro, Özbəkistan dəri və ayaqqabı müəssisələri Birliyi “Uzbekçarmpoyabzali”, GLAMOUR, BEPPİ, XTI, CARMELLA, REFRESH, BASS D və s. tanınmış dünya markaları Sizi gözləyir.

Biz bütün qüvvəmizlə çalışırıq ki, bu sərgi yalnız istehsalçıların və alıcıların görüşmək və müqavilə bağlamaq üçün sadəcə bir işgüzar meydançası olmasın. Bizim sərgiyə ekspozisiyalardan əlavə işgüzar və əyləncə proqramı da daxildir.

Bu il sərgi proqramına daxildir:
– sərginin ilk günündə Azərbaycan və Gürcüstan moda dizaynerlərinin ayaqqabı yeniliklərinin rəngarəng defilesi;

-“ PLM” gömrük şirkətinin direktoru Lyudmila Popovanın aparacılığı ilə “Azərbaycan ərazisinə xarici malların idxalı və ixracı qaydaları! Necə düzgün etmək və bununla artıq ödəməmək!” mövzusunda təlim – seminar.

Biz Azərbaycan, Gürcüstan və İranın bütün ayaqqabı alıcılarını sərgiyə dəvət edirik!

+994 50 764 91 63 www.shoesstar.ru