Ermənini məğlub edən Ayxan danışdı

Mən Azərbaycanı təmsil edirdim. Ona görə də erməni idmançı ilə yarımfinal qarşılaşması mənim üçün olduqca əhəmiyyətli idi.

Bu sözləri bu gün erməni idmançı Sergey Vaedazaryana qalib gələrək finala vəsiqə qazanan taekvandoçumuz Ayxan Tağızadə Axar.az-a danışarkən deyib.

İdmançımız finalda da əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, bu gün Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında 68 kq çəki dərəcəsində çıxış edən taekvandoçumuz Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarşılaşmada isə erməni rəqibi Sergey Vardazaryana böyük üstünlüklə (31:14) qalib gələn Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla döyüşəcək.